1 iyun 2011 12:23
Rednik ərəblərin 800 min avroluq təklifini qəbul etmədi
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Birləşmiş Ərəb Əmirliklərinin “Al-Ayn” klubundan təklif alıb. Azerisport.az xəbər verir ki, ərəblər rumıniyalı mütəxəssisə bunun müqabilində 800 min avro təklif ediblər.
Lakin cənub təmsilçisinin çalışdırıcısı bu dəfəti qəbul etməyib. Rumıniya mətbuatının iddiasına görə, Rednikin bu təklifdən imtinasına onun məhz “Xəzər Lənkəran”da qalmaq istəyi səbəb olub. Axı Rednik Lənkəran klubunda ilinə 1 milyon dollar qazanır. Üstəlik, qazanılan uğurlar zamanı mükafatlar da almaq imkanına malikdi.
