1 iyun 2011 12:32
Azərbaycan üzərində qələbəyə görə çex pivəsi
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Baranekə komandamız üzərində qələbə qazanacağı halda pivə qonaqlığı veriləcək. Azerisport.az xəbər verir ki, bu qonaqlığa yerli azarkeşlər söz veriblər.
Özü də onlar Baranekə məhz ona doğma olan çex pivəsi içirəcəklər. Axı bu mütəxəssis Çexiyalıdı.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan matçı iyunun 3-də Astanadakı “Astana Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
