2 iyun 2011 01:11
Ermənistanı seçdi, yığmamıza qarşı oynamaq şansını itirdi
Hollandiyanin “Ajax” klubunun futbolçusu Araz Özbilis nəhayət ki, seçimini açıqlayıb. Azerisport.az xəbər verir ki, Ermənistan əsilli olmasına rəğmən Türkiyədə anadan olub, hazırda Hollandiyada yaşayan və bu ölkənin vətəndaşlığını daşıyan hücumçuya sözügedən ölkələrin hər üçü tərəfindən rəsmi dəvət var idi.
Lakin Özbilis seçimini ermənilərin xeyrinə edib. Beləliklə, bu futbolçu uğrunda üçtərəfli mübarizə də başa çatıb.
Eyni zamanda “Ajax”lı oyunçunun millimizlə qarşılaşmalarda forma geyməsi də mümkünsüz olub. Qeyd edək ki, Özbilis seçimini Türkiyənin lehinə etsəydi, AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan “ay-ulduzlular”ın heyətində komandamıza qarşı forma geyə bilərdi.
