2 iyun 2011 13:16

Kamran Ağayev: Rekord haqda yox, bu barədə düşünməliyik

Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Qazaxıstanla oyun öncəsi azerisport.az saytının sullarını cavablayıb:
 
- Qazaxıstanla oyundan nə gözləyirsiz?
- Biz heç vaxt meydana məğlub olmaq üçün çıxmırıq. Bu görüş bizim üçün çox vacib əhəmiyyət daşıyır. Lakin mən hesab etmirəm ki, qazaxlarla görüş Almaniya ilə oyundan daha vacibdi.
 
- Axı qrupdakı əsas rəqibimiz məhz Qazaxıstandı...
- Ola bilər. Amma gəlin məsələyə bu yöndən də baxaq: doğma publika önündə, evdə uduzmaq heç vaxt normal qarşılana bilməz. Rəqib lap Almaniya yox, İspaniya, Braziliya da olsa belə. Xatırlayırsızsa, mən Türkiyə ilə oyun öncəsində də belə danışırdım.
 
- Bəli, bu, Avstriya ilə uğursuz oyunun ardından idi...
- Düzdü. Onda çoxları mənə deyirdi ki, Kamran artıq özünü ulduz hesab edir, nə danışdığını bilmir, özünü yuxarıdan aparır. Nəticəni hamı gördü. Biz Türkiyəyə qalib gəldik.
 
- Əgər Qazaxıstanı səfərdə yensək, artıq indidən seçmə mərhələlərdəki ən yüksək göstəricimizə imza ata bilərik...
- Hesab etmirəm ki, bizim bir oyunla rekorda imza atmağımız obyektiv qiymətin verilməsinə səbəb olsun. Yenə təkrar edirəm: evdə uduzmaq olmaz. Qarşıda dörd ev oyunumuz var. Niyə həmin oyunlarda da qələbə qazanmayaq? Bu haqda düşünməliyik. Daha rekordlar barədə yox. Şəxsən mənim üçün faciə onda olacaq ki, Qazaxıstana qalib gəlib, Almaniyaya uduzacağıq.

- Bu dəfə milliyə dörd qapıçı çağırılıb. Niyə?
- Bu, baş məşqçinin qərarıdı.

- Qazaxıstan yığması bu seçmə tsikldə hələ qol da vura bilməyib. Bu, sizin üçün hansısa psixoloji təsir yarada bilməz ki?
- Mənim üçün Qazaxıstanın kimə nə qədər qol vurması qətiyyən maraqlı deyil. Bu seçmə mərhələdə bizim artıq bir quru oyunumuz var. Türkiyə ilə görüşdə qapımızı toxunulmaz saxlaya bilmişik. Amma bu futboldu, qol buraxmamaqla yanaşı, həm də qol vurmaq lazımdı.

- Hazırda özünüzü necə hiss edirsiz? Bildiyimizə görə, bu qarşılaşmada meydana çıxa bilməmək qorxusu var...
- Hazırda özümü normal hiss edirəm. Kiçiç narahatlıqlar olsa da, meydana çıxmağa hazıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.