2 iyun 2011 14:00
Adamiya Gürcüstan yığmasından kənarlaşdırıldı
Futbol üzrə Gürcüstan yığmasının baş məşqçisi Temuri Ketsbaya AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Xorvatiya ilə səfər oyununa aparacağı futbolçuların adlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 21 nəfərlik siyahıya Ağdamın "Qarabağ" klubundan çağırdığı Georgi Adamiyanın adını daxil etməyib.
Yığmadan kənar qalan 8 futbolçudan 3-ü zədəli olsa da, Adamiyanın sağlıq durumu qaydasındadı. Onun Xorvatiyaya hansı səbəbdən aparılmadığı rəsmən açıqlanmır. Amma çox güman ki, bu, Premyer Liqanın bombardirinin hazırlıq səviyyəsinin Ketsbayanı qane etməməsi ilə əlaqədardı.
Qeyd edək ki, iyunun 3-də keçiriləcək Xorvatiya - Gürcüstan matçı Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Georgi Adamiya isə ilk dəfə idi ki, ölkəsinin millisinə dəvət almasına rəğmən, özünü göstərə bilmədi.
