2 iyun 2011 14:55
Qazaxıstanın kapitanı: Qələbəyə oynayacağıq
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Qazaxıstan yığmasının üzvləri və baş məşqçisi də sabah keçiriləcək Azərbaycanla rəsmi oyun öncəsi bu gün mətbuat konfransı keçirir. Azerisport.az xəbər verir ki, qazaxların kapitanı Kayrat Nurdauletov sabahkı görüş öncəsi bunları dilə gətirib:
“Azərbaycan bizdən yenicə ayrılıb. Siyasətdən danışmaq bir qədər çətindi. Amma keçmiş SSRİ ölkələri arasındakı oyunlar həmişə prinsipiallığıyla seçilib. Qəbələyə oynayacağıq”.
