2 iyun 2011 15:02
Rəşad Sadıqov Atırau`ya keçə bilər
Azərbaycan yığmasının kapitanı, “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov karyerasını Qazaxıstanın “Atırau” klubunda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə sözügedən komandanın azərbaycanlı baş məşqçisi Ramiz Məmmədov öz istəyini dilə gətirib.
Lakin futbolçu özü hələlik bu xəbərə münasibət bildirmək istəmir. Qeyd edək ki, “Atırau” Superliqanın 13-cü turundan sonra 12 komanda arasında 7-ci pillədə qərarlaşıb və ilk altılığa düşməyə çalışır.
“Atırau”da Ramiz Məmmədovdan əlavə daha iki azərbaycanlı mütəxəssisin – Elxan Abdullayevlə Mehman Baxışovun çalışdığını da qeyd edək.
