2 iyun 2011 15:11
Miroslav Beranek: Şanslar bərabərdi
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqibi olan Qazaxıstan yığmasının baş məşqçisi bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, çexiyalı mütəxəssis sabah keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu öncəsində bunları dilə gətirib:
“Bu, bir derbidi. Mən Azərbaycanla Qazaxıstanın gənclərdən ibarət komandalarının necə oynadığını gördüm. Qonaq komandanın oyunçuları xeyli cəlddilər. Amma biz bu tsiklə ilk qolumuzu vurmağı, ilk xalımızı qazanmağı çox istəyirik. Düşünürəm ki, şanslar bərabərdi. Çünki Azərbaycan yığması da qələbə haqda düşünür”.