2 iyun 2011 15:20
Beranek də Foqts kimi danışdı
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqiblərindən olan Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek sabah keçiriləcək Azərbaycanla oyunda qələbə qazana bilməcəkləri halda, bunu faciə hesab etməyəcəklərini bildirib. Azerisport.az xəbər verir ki, o, jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bunları dilə gətirib:
“Qoy ən güclü qalib gəlsin və həmin komanda da məhz Qazaxıstan olsun. Amma heç-heçə də olsa, bunu faciə hesab etməcəyəm. Faciə ancaq onda olur ki, kimsə dünyasını dəyişir”.
“Qoy ən güclü qalib gəlsin və həmin komanda da məhz Qazaxıstan olsun. Amma heç-heçə də olsa, bunu faciə hesab etməcəyəm. Faciə ancaq onda olur ki, kimsə dünyasını dəyişir”.
Maraq üçün xatırladaq ki, millimizin almaniyalı baş məşqçisi Berti Foqts da bu gün keçirdiyi mətbuat konfransında Qazaxıstana məğlubiyyətin onun üçün faciə olmayacağını dilə gətirmiş, xüsusilə də Beranekin işlətdiyi son cümləni ifadə etmişdi.
