2 iyun 2011 15:41

“Kimin güclü olduğu sabahkı oyunda bilinəcək”

AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqibi olan Qazaxıstan yığmasının baş məşqçisi bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, çexiyalı mütəxəssis sabah keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu öncəsində bunları dilə gətirib:
 
“Bu oyuna böyük maraq olduğunu görürəm. Çox istərdim ki, oxşar maraq azarkeşlərdə də olsun” – deyə, Beranek rus dilində jurnalistlərə səslənib. İngilis və digər dilləri də bilən mütəxəssis hər halda bu dildə daha asan olacağını düşünmüşdü.
 
“Heyətlə bağlı heç nə deməyəcəm. Heç qapıçının da adını açıqlamayacam. Bütün bunları ancaq matç zamanı biləcəksiz. Deməzdim ki, hazırlıqdan tam razıyam. Məşqçi heç vaxt razı ola bilməz. Amma toplanış üçün vacib olan nə lazım idisə, onları həyata keçirmişik” – deyə Beranek qeyd edib.

Maraqlıdı ki, kapitan Kayrat Nurdauletovla birgə jurnalistlər önünə çıxan Beranek də, yetirməsi də millimizlə heç-heçənin onlar üçün faciə olmayacağını dilə gətirdilər. Özü də çexiyalı mütəxəssis bir neçə saatlıq fasilədən sonra məhz millimizin baş məşqçisinin işlətdiyi bir fikri təkrarlamış oldu: “Faciə onda olur ki, kimsə ölür”.
 
Beranekin sözlərinə görə, Azərbaycanla Qazaxıstan arasındakı görüşü derbi hesab etmək olar: “Mən bu iki ölkənin gənclərdən ibarət komandaları arasındakı oyunu izlədim. Çox maraqlı mübarizə idi. Azərbaycan yığması cəlddi, sürətlidi. Xüsusilə də Vaqif Cavadovu, Ruslan Abışovu, Mahir Şükürovu (baxmayaraq ki, sonuncu Astanaya aparılmayıb – red.) qeyd etmək istərdim. Biz bu seçmə tsikldə ilk qolumuzu vurmaq, ilk xalımızı qazanmaq istəyirik. Amma Azərbaycan da Astanaya qələbə üçün gəlib. Odu ki, mən şansların 50-nin 50-yə olduğunu düşünürəm”.
 
Qazaxıstan yığmasının çalışdırıcısı həmçinin bu ölkədə fəaliyyət göstərən “Atırau”nun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədovdan məsləhət alıb-almamasına dair sualı da cavabladı: “Mən Ramizlə əlaqə saxlamamışam. Onun oyunçularından da komandamda yoxdu. Həm də mənim ondan bu oyun üçün hansısa məsləhət almağım düzgün çıxmazdı”.
 
Beranek komandamızı nə dərəcədə öyrəndiklərinə dair sualı isə belə cavablandırıb: “Biz standart vəziyyətlər üzərində çox işləmişik. Bilirik ki, onlar daha çox cərimə zərbələrindən və künc zərbələrindən vururlar. Buna görə də onlara belə imkanlar yaratmamağa çalışırıq. Həyəcan hiss edirəmmi? Əlbəttə. Axı sabah oyundu. Bu oyunda emosiya da olacaq. Çox güman ki, kim özünü daha sakit apara, ələ ala bilsə, o da qələbə qazanacaq”.
 
Qazaxıstanın çalışdırıcısı sonda bunları dilə gətirib: “Mən bütün futbolçularımdan xahiş etmişəm ki, ürəklə oynasınlar. Hər halda onlar indi yığma üçün oynayacaqlar və hər şeyi özləri başa düşməlidilər. Yoahim Lövün sözlərinə gəlincə, kimin güclü olduğunu sabahkı oyun göstərəcək. Azərbaycana hörmək etsək də, qorxmuruq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.