2 iyun 2011 16:26
Qazaxıstan-Azərbaycan matçına 10 min bilet satılıb
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sabah keçiriləcək Qazaxıstan – Azərbaycan matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, bu günə kimi sözügedən görüşə təxminən 10 min bilet satılıb.
Lakin oyuna kimi bu göstəricinin daha da artması istisna olunmur. Qarşılaşmanın keçiriləcəyi “Astana Arena”nın 30 min azarkeş tutumuna malik olduğunu da qeyd edək.
Qazaxıstan – Azərbaycan görüşü sabah Astanada keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
