2 iyun 2011 17:22
Qazaxıstanın start heyəti müəyyənləşdi
Qazaxıstan yığması sabah keçiriləcək AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycanla oyunu ərəfəsində son məşqini keçirib. Azerisport.az xəbər verir ki, son məşqə əsasən artıq rəqibimizin baş məşqçisinin komandamıza qarşı çıxaracağı start heyətini də müəyyənləşdirmək mümkün olub.
Qazaxıstan böyük ehtimalla millimizlə görüşə bu heyətlə çıxacaq: Andrey Sidelnikov, Muxtar Muxtarov, Samat Smakov, Yuri Loqvinenko, Aleksansdr Kirov, Kazbek Qeteriyev, Kayrat Nurdauletov, Ulan Konısbayev, Heynrix Şmitqal, Jambıl Kukeyev, Sergey Xijniçenko.
Maraq üçün xatırladaq ki, Qazaxıstan – Azərbaycan matçı sabah Bakı vaxtı ilə saat 18:00-da Astananın “Astana Arena” stadionunda keçiriləcək.
