2 iyun 2011 18:00
Millimizin də start heyəti məlumdu
Azərbaycan yığmasının sabah keçiriləcək Qazaxıstanla AÇ-2012-nin seçmə oyunu üçün təxmini start heyəti müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq baş məşqçi Berti Foqtsun komandamızın son məşqindəki göstərişlərinə əsasən müəyyən nəticəyə gəlmək mümkün olub.
Belə ki, Astanadakı qarşılaşmada baş məşqçi böyük ehtimalla çərçivəni Kamran Ağayevə həvalə edəcək. Baxmayaraq ki, onun zədədən əziyyət çəkdiyi iddia olunurdu. Müdafiə xətti Rail Məlikov, Rəşad Sadıqov, Vladimir Levin, Elnur Allahverdiyev dördlüyündən ibarət olacaq.
Müdafiəçilərin qarşısında dayaq yarımmüdafiəçisi kimi Ruslan Abışovla Aleksandr Çertoqanov və Rəşad Sadiqov çıxış edəcək. Onlar eyni zamanda mərkəzdən hücumların təşkilində də fəal iştirak etməlidilər. Əfran İsmayılovla Vüqar Nadirov isə hücumda tək olacaq Rauf Əliyevə yardımçı olmağa çalışacaq.
