2 iyun 2011 18:24
Gəncə klubuna yeni baş məşqçi təyin olundu
Növbəti mövsüm birinci divizionda çıxış edəcək Gəncənin “Tərəqqi” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə klubun prezidenti Musa Abdullayev məlumat verib.
Prezident bildirib ki, baş məşqçi postu başa çatan mövsümdə "Gəncə"ni (indiki "Kəpəz") çalışdıran və sonradan Mehman Allahverdiyevlə əvəzlənən Fuad İsmayılova tapşırılıb.
Qeyd edək ki, 54 yaşlı çalışdırıcı 2009-2010 mövsümündə indki "Kəpəz" "Gəncə" adlandığı vaxt klubu Premyer Liqaya çıxarmışdı.
Onu da qeyd edək ki, indiki "Tərəqqi" "Kəpəz" adı ilə fəaliyyətə başlayanda komandaya məhz Mehman Allahverdiyev başçılıq edirdi.
