2 iyun 2011 10:27
Rail Məlikov iddialı danışdı
Millimizin və “Neftçi”nin müdafiəçisi Rail Məlikov AÇ-2012-nin sabah keçiriləcək Qazaxıstanla oyunu öncəsi bu gün keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, komandamızın vitse-kapitanı bunları dilə gətirib:
“Hesab edirəm ki, Almaniya yığmasının baş məşqçisi Yoahim Lövün Qazaxıstanın Azərbaycandan daha güclü olması haqda dedikləri, düz deyil. Qoy gəlib Bakıda bizdən heç olmasa bir xal alsınlar. Ondan sonra deyərik kim daha güclüdü. Bura da qələbə dalınca gəlmişik. Elnur Allahverdiyevlə aramızdakı münasibətlərə gəlincə, o vaxt kiçik bir anlaşılmazlıq yaranmışdı. İndi isə artıq hər şey arxada qalıb. Yığmada kimin hansı klubdan olmasının elə də fərqi olmur. Hamımız eyniyik”.
