2 iyun 2011 10:42

Rəşad Sadıqov: Bu görüş karyeramın ən vacib oyunu ola bilər

Yığmamızın kapitanı, “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov bu gün AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstanla səfər oyunu öncəsi Astanada keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az onun açıqlamaları ilə sizi də tanış edir.
 
“Biz heç kimə nəyisə sübut etməyə çalışmırıq. Xüsusilə də Almaniya yığmasının baş məşqçisi Yoahim Lövə. Bizə öz baş məşqçimizin və azarkeşlərimizin fikirləri maraqlıdı. Qazaxıstanla görüş mənim karyeramda ən vacib görüşlərdən biri, bəlkə də ən vacibi ola bilər. Niyə? Çünki futbolumuzun inkişafı ilə bağlı deyilənlərin doğru olub-olmaması böyük ölçüdə məhz bu görüşdə bilinəcək. Əgər uğur qazana bilməsək, o zaman tənqidlər hələ uzun müddət səslənəcək” – deyə Sadıqov bildirib.
 
Kapitanın fikrincə, onlar hələ Almaniya ilə oyunu düşünmürlər və bütün fikirlərini qazaxlarla matça yönəldiblər: “Biz hələlik Almaniya ilə oyunu düşünmürük. Bütün fikrimizi qazaxlarla matça yönəltmişik. Bunun üçün məşqlərimizi də süni örtükdə həyata keçirirdik, rəqibi öyrənməyə çalışırdıq. Almaniya ilə görüş haqda bu oyundan sonra düşünərik”.
 
Sadıqov qarşıdakı oyunda favoritin olmadığını düşünür: “İndi Qazaxıstan tamamilə başqa komandadı. Onlar xüsusilə fiziki hazırlıqlarına görə yaxşı təsir bağışlayırlar, daha təcrübəlidilər”.
 
Sadıqov həmçinin Astanada qazanılacaq mümkün qələbəyə görə nə qədər mükafat alacaqlarına dair sualı isə belə cavablayıb: “Bizdə mükafatlar oyundan öncə müzakirə olunmur. Adətən paltardəyişmə otağında danışırıq (gülür). Amma biz hələ o barədə düşünmürük. Bizim üçün hər şeydən vacibi qələbə qazanmaqdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.