4 iyun 2011 01:41
Avropada darmadağınlar gecəsi (YENİLƏNİB)
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində əksər qruplarda bir sıra oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, millimizin yer aldığı A qrupundakı görüşlərdən əlavə C, D, E, F və I qruplarında da ümumilikdə 8 qarşılaşma baş tutub.
C qrupunun lideri İtaliya doğma meydanda Estoniya ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri 3 cavabsız qolla inamlı qələbəyə seviniblər. Bu qrupun autsayderi olan Farer adaları isə liderin əsas izləyicilərindən olan Sloveniya ilə dueldə ilk qələbəsini rəsmiləşdirməyə çalışsa da, rəqibi hətta azlıqda qalmasına rəğmən, buna nail ola bilməyib.
D qrupunda lider Fransa da səfərdə əsas izləyicilərindən Belarusla qarşılaşıb. Lakin fransızlar bu görüşdə yalnız məğlubiyyətdən xilas olmalarına seviniblər. “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednikin həmyerliləri - Rumıniya millisi isə bu günlərdə FİFA və UEFA-nın sansksiyasından azad olmuş Bosniya və Herseqovinanı məğlub yola salmağı bacarıb.
E qrupunda Moldova əsas rəqiblərindən İsveçlə münasibətlərinə aydınlıq gətirib. Lakin "Bakı"nın müdafiəçisi Vadim Boretsin komandası ağır yenilgiylə üzləşib. Autsayderlərin duelində isə San Marino və Finlandiya yığmaları üz-üzə gəlib. Yeganə səfər qolu finlərə 3 xal qazandırıb.
F qrupunun ən sürpriz komandalarından sayılan qonşu Gürcüstan yığması səfərdə əsas rəqiblərindən olan Xorvatiyanın qonağı olub. Qarşılaşmada hesabı məhz gürcülər açsa da, matçın sonuna yaxın 2 dəqiqəyə 2 qol buraxan qonşularımız məğlubiyyətlə üzləşiblər. I qrupunda isə autsayder Lixtenşteyn Litva ilə ev oyununda ilk xalını qazanmağı hədəfləyirdi. Bu komanda istəyinə 2 qolla çata bilib.
AÇ-2012-nin seçmə mərhələsi
3 iyun
C qrupu
Farer adaları - Sloveniya - 0:2 (0:1)
Qol: Matavs, 29, Baldvinsson, 47-öz qapısına.
Qırmızı vərəqə: Şuler, 25 (Slovakiya).
İtaliya - Estoniya - 3:0 (2:0)
Qollar: Rossi, 21, Kassano, 39, Patsini, 68
| 1 | İtaliya | 6 | 5 | 1 | 0 | 14 | - | 1 | 16 |
| 2 | Sloveniya | 7 | 3 | 2 | 2 | 9 | - | 4 | 11 |
| 3 | Serbiya | 6 | 2 | 2 | 2 | 8 | - | 9 | 8 |
| 4 | Estoniya | 6 | 2 | 1 | 3 | 7 | - | 9 | 7 |
| 5 | Şimali İrlandiya | 5 | 1 | 3 | 1 | 3 | - | 3 | 6 |
| 6 | Farer adaları | 6 | 0 | 1 | 5 | 3 | - | 18 | 1 |
D qrupu
Rumıniya – Bosniya və Herseqovina - 3:0 (2:0)
Qol: Mutu, 37, Marika, 41; 55.
Belarus – Fransa - 1:1 (1:1)
Qol: Kalaçev, 20 - Maluda, 22.
| 1 | Fransa | 6 | 4 | 1 | 1 | 9 | - | 2 | 13 |
| 2 | Belarus | 6 | 2 | 3 | 1 | 4 | - | 2 | 9 |
| 3 | Rumıniya | 6 | 2 | 2 | 2 | 8 | - | 6 | 8 |
| 4 | Albaniya | 5 | 2 | 2 | 1 | 4 | - | 4 | 8 |
| 5 | Bosniya-Herseqovina | 5 | 2 | 1 | 2 | 6 | - | 7 | 7 |
| 6 | Lüksemburq | 6 | 0 | 1 | 5 | 1 | - | 11 | 1 |
E qrupu
Moldova – İsveç - 1:4 (0:2)
Qol: Buqayov, 61 - Toyvonen, 11, Elmander, 30, Larsson, 58.
San Marino - Finlandiya - 0:1 (0:1)
Qol: Forssel, 41.
| 1 | Hollandiya | 6 | 6 | 0 | 0 | 21 | - | 5 | 18 |
| 2 | İsveç | 5 | 4 | 0 | 1 | 15 | - | 6 | 12 |
| 3 | Macarıstan | 6 | 3 | 0 | 3 | 15 | - | 13 | 9 |
| 4 | Finlandiya | 5 | 2 | 0 | 3 | 11 | - | 6 | 6 |
| 5 | Moldova | 6 | 2 | 0 | 4 | 7 | - | 9 | 6 |
| 6 | San Marino | 6 | 0 | 0 | 6 | 0 | - | 30 | 0 |
F qrupu
Xorvatiya – Gürcüstan - 2:1 (0:1)
Qol: Mandzukic, 76, Kalinic, 78 - Kankava, 17.
| 1 | Xorvatiya | 6 | 4 | 1 | 1 | 10 | - | 3 | 13 |
| 2 | Yunanıstan | 5 | 3 | 2 | 0 | 5 | - | 2 | 11 |
| 3 | İsrail | 6 | 3 | 1 | 2 | 8 | - | 6 | 10 |
| 4 | Gürcüstan | 7 | 2 | 3 | 2 | 5 | - | 5 | 9 |
| 5 | Latviya | 5 | 1 | 1 | 3 | 4 | - | 7 | 4 |
| 6 | Malta | 5 | 0 | 0 | 5 | 1 | - | 10 | 0 |
I qrupu
Lixtenşteyn - Litva - 2:0 (2:0)
Qollar: Erne, 6, Polverino, 36.
| 1 | İspaniya | 5 | 5 | 0 | 0 | 15 | - | 5 | 15 |
| 2 | Çexiya | 5 | 3 | 0 | 2 | 6 | - | 3 | 9 |
| 3 | Şotlandiya | 4 | 1 | 1 | 2 | 4 | - | 5 | 4 |
| 4 | Litva | 5 | 1 | 1 | 3 | 3 | - | 8 | 4 |
| 5 | Lixtenşteyn | 5 | 1 | 0 | 4 | 3 | - | 10 | 3 |
