2 iyun 2011 11:34
Berti Foqts: Mən də özümü azərbaycanlı hiss edirəm
Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts bu gün Astanada keçirilən mətbuat konfransında maraqlı fikir səsləndirib. Qazaxıstanla AÇ-2012-nin seçmə oyunu öncəsindəki iclasda yerli jurnalistlərdən birinin almaniyalı mütəxəssisə DÇ-2014-ün seçmə mərhələsindəki məqsədlər barədəki sualına o, belə cavab verib:
“Biz dünya çempionu olmaq istəyirik. Azərbaycan cüdoda və güləşdə birinci yerdədi. Bu yaxınlarda “Evroviziya” mahnı müsabiqəsində birinci oldu. Futbolda da ən yaxşı olmaq istəyirik. Niyə biz deyirəm? Çünki mən də özümü azərbaycanlı hiss edirəm”.