3 iyun 2011 00:01
Beşiktaş 6-cı transferini gerçəkləşdirdi
Türkiyənin “Beşiktaş” klubu növbəti transferini gerçəkləşdirib. Azerisport.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın “Benfica” klubunun braziliyalı futbolçusu Sidney Reçel da Silva Junior ilə anlaşıb.
“Beşiktaş” braziliyalı müdafiəçini icarə əsasında heyətinə qatıb. Lakin icarə müddətinin sonunda onun transfer hüququ məhz Türkiyə klubuna məxsus olacaq.
Qeyd edək ki, 21 yaşlı müdafiəçi həm də dayaq yarımmüdafiəçisi kimi çıxış edə bilir. 1989-cu il doğumlu Sidney Braziliya klublarından “Internacional”ın yetirməsidi. 2008-ci ildən isə “Benfica”da çıxış edirdi.
“Beşiktaş”ın bu futbolçudan öncə Egemen Korkmaz, Mustafa Pektemek, Vəli Kavlak, Tanju Kayhan və Burak Kaplanın transferlərini bitirdiyini də qeyd edək.
