2 iyun 2011 00:02
Rednik həmyerliləri ilə üz-üzə
"Xəzər Lənkəran" Avropa Liqasının oyunlarına hazırlıq çərçivəsində Rumıniya klubu ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, baş məşqçi Mirça Rednik ölkəsinin yüksək liqasında çıxış edən “Panduri” ilə yoldaşlıq matçı keçirmək üçün həmyerliləri ilə danışıqlar aparır.
Rumıniya mətbuatının iddiasına görə, artıq tərəflər arasında razılıq da əldə edilib və iyunda bu görüşün baş tutması realdı. Lakin qarşılaşmanın dəqiq hansı tarixdə keçiriləcəyi və harda oynanılacağı bilinmir.
