2 iyun 2011 12:18
Qarabağ Real və Everton`a şərik oldu
Dünyanın ən güclü klublarının yeni reytinq siyahısı açıqlanıb. Azerisport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) iyun ayı üçün açıqladığı siyahıda yenə bir Azərbaycan klubu yer alıb.
Bu, sözügedən siyahıda hələlik yeganə təmsilçimiz olan “Qarabağ”dı. Ağdam klubu ötən ayla müqayisədə yenə geriləyib. Belə ki, ötən ay 209-cu olan təmsilçimiz Fransanın “Montpellier”, “Sochaux” və “Rennes”, Argentinanın “River Plate”, Almaniyanın “Hannover”, İngiltərənin “Everton”, Meksikanın “Real”, Braziliyanın “Botafogo” kimi klublarıyla birgə 213-221-ci pillələri bölüşür. Bütün bu klublarda olduğu kimi, Qurban Qurbanovun komandasının da hesabında 82 reytinq xalı var.
Bütövlükdə isə 400 ən güclü klub arasında birinci yer İspaniyanın “Barselona” klubuna məxsusdu (317 xal). Kataloniya təmsilçisinin əsas izləyicisi isə əzəli rəqibi “Real”dı (307 xal). Portuqaliyanın “Portu” klubu isə Avropa Liqasını qazanmasının məntiqi nəticəsi kimi 291 xalla 3-cü pilləyə yüksəlib.
