2 iyun 2011 00:30
Yeni Azərbaycan çempionunun adı müəyyənləşdi
U-15 Liqanın 2010-2011-ci il mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, “Şəfa” stadionunda keçirilən 3-cü yer uğrunda oyunda “İnter” 3:1 hesabı ilə “Qəbələ”ni məğlub edib.
Finalda isə “Bakı” və “Neftçi” komandaları qarşılaşıb. 2:1 hesabı ilə qələbə qazanan “Bakı” U-15 Liqanın 2010-2011-ci il mövsümünün qalibi adını qazanıb.
