2 iyun 2011 00:27

Vaqif Cavadov: Astanada daha çox hücum etməliyik

Futbol üzrə yığmamızın hücumçusu Vaqif Cavadov azerisport.az saytına müsahibəsində Qazaxıstan və Almaniya ilə oyunlar öncəsi şanslarımızı dəyərləndirib, qol vurmaq istəyindən və gələcək karyerası ilə bağlı planlarından danışıb:
 
- Qazaxıstanla oyundan nə gözləyirsiz?
- Bu oyun bizim üçün vacib əhəmiyyətə malikdi. Hər halda qələbə həm də psixoloji baxımdan işimizi daha da yüngülləşdirə bilər. Axı Qazaxıstanla oyundan bir neçə gün sonra almanlarla qarşılaşmalıyıq. Bunun üçün də Astanadan qələbəylə dönməyimiz vacibdi. Həm də qazaxlar bizim qrupdakı əsas rəqibimizdi. Bu komanda üzərində səfər qələbəsi bizə çox şey qazandıra bilər.
 
- Uzun müddətdi yığmanın heyətində fərqlənə bilmisiz. Bu dəfə sizdən qol gözləyək?
- Düz qeyd etdiniz. Həqiqətən artıq kifayət qədər uzun müddətdi ki, millidə qol vurmuram. Amma belə susqunluq hər bir futbolçuda ola bilir. Qarşıda bizi Astanada demək olar ki, eyni gücə malik olduğumuz rəqiblə duel gözləyir. Ümid edirəm ki, qolsuzluq seriyama məhz bu qarşılaşmada son qoya biləcəm.
 
- Sizinlə yanaşı, komandamızın digər hücumçuları da az qol vururlar...
- Matçlar bir-birindən fərqlənir. Hər oyunda qol vurmaq da olmur. Fikrimcə, Astanada qol vurmağa nail olacağıq.
 
- Sizcə, bu seçmə tsikldə Azərbaycan yığmasının rekord sayda xal toplamaq istəyi baş tutacaq?
- Biz Qazaxıstana hər iki oyunda qalib gəlməyə borcluyuq. Göstərməliyik ki, futbolumuz həqiqətən də inkişaf edir, yığmada irəliləyiş var.
 
- Qazaxıstan yığmasının güclü və zəif cəhətlərini öyrənmisiz?
- Onların ən güclü xətti müdafiədi. Müdafiə olunmağı sevirlər. Özü də bunu heçə də pis həyata keçirmirlər, intizamlı oyun sərgiləyirlər. Buna görə də bizə daha çox hücum etmək lazım gələcək.
 
- Rəqib də bizi mütləq məğlub yola salmağı hədəfləyib...
- Bu, aydın məsələdi. Qazaxıstan da bizə eyni gözlə baxır. Axı onların bu qrupda başqa məğlub edə biləcəyi rəqibləri yoxdu. Odu ki, xal və qol həsrətlərinə bizimlə görüşdə son qoymağa çalışacaqlar.
 
- Karyeranızı harda davam etdirəcəyinizi dəqiqləşdirmisiz?
- Yığmanın oyunlarından sonra bir qədər istirahət edib, Hollandiyaya yollanacam. “Twente”nin təlim-məşq toplanışında iştirak edəcəm. Hələlik karyeramı harda davam etdirəcəyimi dəqiq bilmirəm. “Qəbələ”yə keçəcəyim haqda xəbərlər isə həqiqəti əks etdirmir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.