2 iyun 2011 12:42
Türkiyənin yığmamızı qəbul edəcəyi şəhər müəyyənləşdi
Türkiyə yığmasının AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan millisini qəbul edəcəyi şəhər müəyyənləşib. Azerisport.az xəbər verir ki, qardaş ölkə təmsilçisiylə cavab görüşümüz İstanbulda baş tutacaq.
Lakin qarşılaşmanın hansı arenada oynanılacağı hələ də qaranlıq qalır. Bunun üçün bir neçə variant olsa da, türklər hələlik seçimlərini etməyiblər.
Qeyd edək ki, Türkiyə - Azərbaycan görüşü AÇ-2012-nin seçmə mərhələsinin A qrupunun son oyunu olacaq və oktyabrın 11-də keçiriləcək. Qarşılaşma saat 22:00-da başlayacaq.
