2 iyun 2011 00:51
Kamran Ağayev: Gəlin xalqı aldatmayaq
Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev qarşıdan gələn AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstan (3 iyun) və Almaniya (7 iyun) ilə oyunları öncəsi şansları dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Bizə Qazaxıstan üzərində qələbə qazanmaq lazımdı. Amma gəlin xalqı aldatmayaq, bunu böyük qəhrəmanlıq kimi qələmə verməyək. Şəxsən mən Qazaxıstana qalib gəlib, Bakıda Almaniyaya uduzacağımız halda bunu faciə hesab edəcəm. Ona görə ki, biz doğma divarlar arasında uduzmamalıyıq”.