3 iyun 2011 13:02
İnter Spartaya gedir
Azərbaycan Kubokunun final oyunundan sonra istirahətə yollanan “İnter” növbəti mövsümə iki mərhələdə hazırlaşacaq. Azerisport.az xəbər verir ki, komanda üzvləri iyunun 20-də bir araya qələcəklər.
İyun ayının 23-dən iyulun 11-dək yeni mövsümə hazırlıqlar çərçivəsində ilk təlim-məşq toplanışının keçirilməsi planlaşdırılır. İlk toplanış, çox güman ki,Türkiyədə keçiriləcək. Çünki “bankirlər” artıq Spartada lazımı şərait yaratmaqla məşğuldu.
Birinci toplanışın başa çatmasından sonra komanda qısamüddətli istirahətə yollanacaq. İyul ayının 16-dan 30-dək ikinci təlim-məşq toplanışının keçirilməsi nəzərdə tutulur. Lakin hazırlığın keçiriləcəyi yer hələlik məlum deyil.
