3 iyun 2011 13:16
Neftçi Veremko xəbərlərini təkzib etdi
“Neftçi”nin məşqçisi Bəxtiyar Musayev Belarus yığmasının qapıçısı Sergey Veremko ilə maraqlanmaları barədə iddialara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bu haqda məlumatları təkzib edib:
“Bizə hər gün xeyli sayda oyunçunun siyahısını təqdim edirlər. Onlardan da biri belaruslu idi. Hələlik biz onunla heç maraqlanmamışıq da. Mövsüm başa çatandan sonra menecerlər tərəfindən bizə 40-dan çox futbolçu təklif olunub. Onların da arasında heç maraqlanmağımıza dəyməyən oyunçular da var. Qarşıdakı günlərdə konkret təkliflər barədə düşünəcəyik”.