3 iyun 2011 13:45
Maksim Medvedev: Qazaxıstanı məğlub etməyə borcluyuq
Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev bu gün keçiriləcək Qazaxıstanla AÇ-2012-nin seçmə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Maksim, güman ki, bu görüşdə də baş məşqçi sizi cinahda oynadacaq. Artıq kimə qarşı oynayacağınızı bilirsiz?
- Oyun ərəfəsində rəqibi hərtərəfli analiz etmişik. Amma mənə elə gəlir ki, bizə daha çox öz oyunumuz barədə düşünmək lazımdı, nəinki rəqibin oyunu haqda.

- Rəqibi necə dəyərləndirərdiz?
- Deməzdim ki, bizdən çox fərqlənirlər. İstənilən halda turnir cədvəlində də biz qonşuyuq və bu, o deməkdi ki, ciddi səviyyə fərqi yoxdu.

- Bu mübarizədə sözügedən qarşılaşma bizim üçün nə dərəcədə vacibdi?
- Mən bizim əleyhimizə olan şeylərdən danışmaq istəməzdim. Amma uğursuzluq olsa, bizim özümüzə gəlməyimiz çətin olacaq. Qazaxıstan bizim məğlub edə biləcəyimiz rəqibdi və bunu etməyə borcluyuq.

- Qazaxlarla son iki qarşılaşmamızın hər ikisində heç-heçə qeydə alınıb. Çoxları belə düşünür ki, əgər bu dəfə də oxşar və ya daha pis nəticə qeydə alınsa, futbolumuzun inkişaf etdiyini iddia etmək olmaz. Bu fikirlərlə razısız?
- Bu, futboldu. Burda istənilən nəticə qeydə alına bilər. Həm də nəzərə almaq lazımdı ki, inkişaf edən təkcə bizim yığmamız deyil. Hər halda qazaxlar da inkişaf edirlər. Hesab edirəm ki, iki bərabərsəviyyəli komandanın duelidi və biz bu mübarizədən qalib çıxmağa borcluyuq.

- Bu tsikldə Qazaxıstan hələ bir dənə də olsun, qol vura bilməyib. Bu, bizim üçün nə dərəcədə üstünlük sayıla bilər?
- Qazaxıstan ilk qolu məhz bizə vurmaq istəyir. Çünki onlar bizi buna nail olacaq gücdə bir rəqib hesab edirlər. Biz də öz növbəmizdə onların bu istəyinə mane olmalıyıq.

- Sizi komandamızın uzun müddətdi qol vurmayan hücumçularının hazırkı forması narahat etmir ki?
- Meydana ancaq hücumçular çıxmır. Əlbəttə, onlarda daha çox qol vurmaq imkanı olur. Amma qələbə də, qol da komanda oyununun məhsuludu. Əgər komanda oyunu sərgiləyə bilsək, Astanadan qələbə ilə dönmək şansımız olacaq.