3 iyun 2011 14:02
Daha bir Premyer Liqa klubu baş məşqçisiz qaldı
İngiltərə Premyer Liqasında çıxış edən daha bir klub baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, Mark Huges “Fulham”lə yollarını ayırdığını bəyan edib.
Qeyd edək ki, İngiltərə mətbuatı onun istefasında əsas səbəb kimi daha sərfəli təklif almasını göstərir. Məsələ burasındadı ki, “Aston Villa” da hazırda baş məşqçisizdi və böyük ehtimalla sözügedən komandanı məhz Huges çalışdıracaq.
Xatırlaqdaq ki, Huges “Fulham”in sükanı arxasına Roy Hocsonun yerinə gəlmişdi və komandasının çempionatı 8-ci pillədə bitirməsini təmin etmişdi. “Aston Villa”da isə fransalı mütəxəssis Jerar Ulye ürəyindəki narahatlıqlara görə həkimlərin futbolda çalışmasına qoyduğu qadağa səbəbindən mövsüm bitən kimi istefa verib.
