3 iyun 2011 14:21
Filip Lam: Bakıda qələbə qazanmaq asan olmayacaq
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 3-də səfərdə Avstriyanın, bundan 4 gün sonra isə Bakıda millimizin qonağı olacaq qrupumuzun lideri Almaniya yığmasının müdafiəçisi Filip Lam bu oyunlar öncəsi maraqlı açıqlamalar verib. Azerisport.az xəbər verir ki, təcrübəli arxa xətt oyunçusu FİFA-nın rəsmi saytına müsahibəsində bunları dilə gətirib:
“Biz hələlik 5 oyun keçirmişik ki, onların da hamısında qələbə qazanmışıq. Amma bu, hər şeyin həlli anlamına gəlmir. İndi biz qarşıdakı Avstriya və Azərbaycanla oyunlarda da eyni uğuru təkrarlamalıyıq. Yalnız bu halda biz AÇ-2012-nin final mərhələsinə çıxmağı tam təmin etmiş olacağıq”.

Bundestimin müdafiəçisi konkret yığmamızla qarşılaşma ilə bağlı bunları söyləyib: “Almaniyalı mütəxəssisin çalışdırdığı komandalarla qarşılaşanda hər dəfə xüsusi nə iləsə üzləşirsən. Özü də komandamızın sabiq baş məşqçilərindən olan Berti Foqts Almaniyanı AÇ-1996-ya aparmış mütəxəssisdi. Bu qarşılaşmada biz 3 xal qazanmağa borcluyuq. Amma bu, göründüyü qədər də asan olmayacaq. Hətta DÇ-2010-un seçmə mərhələsində də biz qələbəni çox çətinliklə əldə etmişdik”.