3 iyun 2011 15:16

Qarabağ`lı futbolçu Starkovu çətin duruma saldı

“Qarabağ”ın yarımmüdafiəçisi Andrey Rubin “Bakı”nın baş məşqçisi Aleksandr Starkovu çətin vəziyyətə salıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun latviyalı orta sahə oyunçusu zədə səbəbindən AÇ-2012-nin seçmə mərhələsinin sabah keçiriləcək ev oyununda ölkəsini yığmasına kömək edə bilməyəcək.
 
Bu isə, “Bakı” ilə yanaşı həm də Latviya millisini çalışdıran Starkovun az olmayan problemlərini daha da artırıb. Məsələ burasındadı ki, Rubinlə yanaşı latviyalıların ən sərrast hücumçularından sayılan Maris Verpakovski də sabahkı mühüm qarşılaşmada forma geyə bilməyəcək.
 
Lakin Starkov bu itkilərdən o qədər də təəssüflənmir və bunun müsbət cəhətlərini düşünür: “Heyətimizdə gənc futbolçular olsa da, mən Rubinlə Verpakovskiyə çox güvənirdim. Amma onların yoxluğunda da biz gənc futbolçuların yaranan şansdan maksimum yararlanmasına ümid bəsləməliyik”.
 
Maraq üçün xatırladaq ki, “Bakı”nın baş məşqçisi ölkəmizdə top qovan oyunçulardan bu dəfə “İnter”in hücumçusu Girt Karlsona ehtiyac duymayıb. Belədə, onun İsraillə oyunda Premyer Liqamızda top qovan futbolçulardan yalnız Ritus Krjauklisin xidmətindən yararlanması mümkün olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.