3 iyun 2011 15:30
Astana Arenada anşlaq olmayacaq
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Qazaxıstan – Azərbaycan matçında anşlaq olmayacaq. Azerisport.az xəbər verir ki, artıq görüşün startına 3 saatdan da az vaxt qalmasına rəğmən, hələlik cəmi 15 min bilet satılıb.
Düzdü, oyunun startına kimi bu göstəricidə müəyyən artım ola bilər. Amma nəzərə alsaq ki, qarşılaşmanın keçiriləcəyi “Astana Arena” 30 min azarkeş tutumuna malikdi, onda bu görüşdə anşlaq olacağını gözləməyə dəyməz.
