3 iyun 2011 16:26
Azərbaycan yığması üçün yağış
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün Astanada keçiriləcək Qazaxıstan – Azərbaycan qarşılaşması yağış altında keçirilə bilər. Azerisport.az xəbər verir ki, sözügedən qarşılaşma vaxtı Astanada hava şəraitinin pisləşməsi gözlənilir.
Hazırda oyunun keçiriləcəyi bu şəhərdə 20 dərəcə isti var. Lakin oyun saatına kimi hava şəraitinin dəyişməsi gözlənilir.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan görüşü Astanadakı “Astana Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla 19:00) başlayacaq.
