3 iyun 2011 17:00
Millimizin start heyətində dəyişiklik ola bilər
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Qazaxıstanla səfər oyunu öncəsi millimizin düşərgəsində heç də xoş olmayan bir xəbər var. Azerisport.az xəbər verir ki, komandamızın və “İnter”in müdafiəçisi Vladimir Levin kiçik zədədən əziyyət çəkir.
Həkimlər onu oyuna tam hazır etməyə çalışsa da, mümkündü ki, müdafiəçi qarşılaşmanı buraxsın. Nəzərə alsaq ki, o, komandamızın əsas heyət oyunçularındandı, o zaman Levini kimin əvəzləyəcəyi maraq doğurur. Böyük ehtimalla Levin oynamasa, onu Saşa Yunisoğlu əvəzləyəcək.
