3 iyun 2011 17:14
Nazim Süleymanov: Yığmamız Qazaxıstana məğlub olmayacaq
AZAL-ın baş məşqçisi Nazim Süleymanov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu öncəsi fikirlərini dilə gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
“Yəqin ki, ağır mövsümdən sonra futbolçularımızın əksərində yorğunluq var. Amma ümid edirəm ki, bu, yığmamıza Astanada uğurlu çıxış etməyə mane olmayacaq. Özü də bizim futbol Qazaxıstanınkından daha güclüdü. Odu ki, məncə, Azərbaycan millisi ən azı uduzmayacaq. Komandamız ya qələbə qazanacaq, ya da heç-heçə edəcək. Amma qələbə qazanmağımızı daha çox istərdim”.