3 iyun 2011 17:24
Yığmamızın daha bir üzvü qazax klublarının hədəfində
Azərbaycan yığmasının daha bir üzvü Qazaxıstan klublarının maraq dairəsinə düşüb. Azerisport.az xəbər verir ki, “İnter”in yarımmüdafiəçisi Aleksandr Çertoqanov karyerasını sözügedən ölkədə davam etdirə bilər.
Qeyd edək ki, “bankirlər” hələ bu futbolçu ilə yeni müqavilə bağlamayıb və Çertoqanov hazırda daha sərfəli təklif irəli sürən kluba keçə bilər. Hazırda onunla Türkiyənin birinci liqa klubları da maraqlanır.
Maraq üçün qeyd edək ki, millimizin üzvlərindən Rəşad Sadıqov da Ramiz Məmmədovun çalışdırdığı “Atırau”nun maraq dairəsindədi.
