3 iyun 2011 20:25
Berti Foqts: Qazaxlardan belə sürətli oyun gözləmirdim
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AÇ-2012-nin seçmə mərhələsinin bu gün keçirilən Qazaxıstan ilə oyunundakı yenilgini (1:2) şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları dilə gətirib:
“Qazaxıstanı qələbə münasibətilə təbrik edirəm. Bu gün rəqibimiz bizdən daha yaxşı oynadı. Bizdən daha cəld, sürətli idilər, təkbətək mübarizələrdə bizim futbolçuları aldadırdılar. Onlardan belə sürətli oyun gözləmirdim. Qazaxlar əsl beynəlxalq ustalıq səviyyəsi nümayiş etdirdilər. Mən çox təəsssüflənirəm ki, hər şey belə alındı. Biz bütün 90 dəqiqə ərzində öz oyunumuzu göstərməyi bacarmadıq. Komandamın oyununa görə çox məyusam. Komandamın üzvləri gəncdilər və hələ məşqlərdə göstərdiklərini oyunda sərgiləməkdə çətinlik çəkirlər. Biz öz səhvlərimiz üzərində işləməyə borcluyuq”.