3 iyun 2011 20:37
Beranek: Sadəcə qələbə qazanmadıq, həm də yaxşı oyun sərgilədik
AÇ-2012-nin seçmə mərhələsində millimizin rəqibi olan Qazaxıstanın baş məşqçisi Miroslav Beranek bu gün keçirilən Azərbaycanla ev oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının qələbəsi (2:1) bağlı bunları dilə gətirib:
“Alqışlarınıza görə (onu azərbaycanlı jurnalistlər də daxil olmaqla, mətbuat konfransında iştirak edən bütün qələm əhli alqışlarla qarşıladı – red.) təşəkkürümü bildirirəm. Mənim xoşuma gəldi ki, bu günkü oyunda sadəcə qələbə qazanmadıq, həm də yaxşı oyun sərgilədik. Biz danışmışdıq ki, xarakter göstərmək, ürəklə oynamaq lazımdı. Bu qarşılaşmada mütləq qələbə qazanmaq istəyirdik. Məhz bu üzdən iki mərkəz hücumçusuna üstünlük vermişdim. Onlar bir-birilə çox gözəl anlaşdılar”.