3 iyun 2011 21:00

Foqts məğlubiyyətin səbəblərini açıqladı

Millimizin baş məşqçisi Berti Foqts bu gün keçirilən AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstanla səfər oyunundan sonra mətbuat konfransında məğlubiyyətin (1:2) səbəblərindən danışıb. Azerisport.az xəbər verir ki, o, komandamızın çıxışını belə şərh edib:

“Qazaxıstanı qələbə münasibətilə təbrik edirəm. Bu gün rəqibimiz bizdən daha yaxşı oynadı. Bizdən daha cəld, sürətli idilər, təkbətək mübarizələrdə bizim futbolçuları aldadırdılar. Onlardan belə sürətli oyun gözləmirdim. Qazaxlar əsl beynəlxalq ustalıq səviyyəsi nümayiş etdirdilər. Mən çox təəsssüflənirəm ki, hər şey belə alındı. Biz bütün 90 dəqiqə ərzində öz oyunumuzu göstərməyi bacarmadıq. Komandamın oyununa görə çox məyusam. Komandamın üzvləri gəncdilər və hələ məşqlərdə göstərdiklərini oyunda sərgiləməkdə çətinlik çəkirlər. Biz öz səhvlərimiz üzərində işləməyə borcluyuq”.

Maraqlıdı ki, qazaxlara məğlubiyyətdən sonra Berti Foqts iyunun 7-də keçiriləcək Almaniya ilə ev oyununda qələbə qazanmaqdan dəm vurub: “İndi mənə komandanı yenidən motivasiya etmək lazımdı. Çünki Almaniya ilə oyuna hazırlaşmalıyıq. Avstriya ilə oyundakı yenilgidən sonra Türkiyəyə qalib gələ bilmişdik. Biz yenə də futbolçuları qarşıdakı görüşə yaxşı hazırlamağa çalışmalıyıq”.
 
Almaniyalı mütəxəssis heyətlə bağlı danışarkən Aleksandr Çertoqanovu oynatmamasının səbəbini də izah edib: “Onun zədəsi var idi. Həm də kubokun final matçından sonra komandaya gec qoşulmuşdu. Ümumiyyətlə, gənc futbolçuları Qazaxıstanla oyunda da meydana buraxmayacağamsa, nə vaxt oynadacam”?
 
Foqts həmçinin qeyd edib ki, rəqibin ikinci qolunda qayda pozuntusu olsa da, hakim oyunu davam etdirdi: “Kimisə günahlandırmaq asan olardı. Şübhəsiz ki, buraxdığımız ikinci qolda Rəşad Sadiqova qarşı kobudluq var idi. Amma hakimin fiti səslənmədisə, oynamaq lazım idi... Bu oyunu biz hamımız uduzduq, kiminsə səhvi ucbatından yox. Hələ oyundan öncə də demişdim ki, hakim Şotlandiyadandı, o, hər adi qayda pozuntusuna görə oyunu dayandırmayacaq. Onlar buna hazır olmalı idilər”.
 
Foqts həmçinin rəqibin heyətində dubla imza atan Sergey Qridinin oyununu xüsusi qeyd edib: “17 nömrəli futbolçu yaxşı oynadı. Mən onu xüsusi qeyd etməyə bilməzdim. Bu gün həm də qazaxların bəxti gətirdi, amma bizim yox”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.