3 iyun 2011 22:17
Rəşad Sadıqov: Bəxtimiz gətirmədi
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Astanada keçirilən Qazaxıstanla səfər matçındakı məğlubiyyəti (1:2) şərh edib. Azerisport.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi “Qazaxıstan” telekanalına açıqlamasında bunları dilə gətirib:
“Biz yaxşı qol vəziyyətləri yaratsaq da, yararlana bilmədik. Sadəcə bəxtimiz gətirmədi. Son dəqiqələrə kimi mübarizəmizi davam etdirirdik. Çünki uduzmaq istəmirdik. Qazaxıstanı təbrik edirəm. Bizim komanda tamamilə gənclərdən təşkil olunub. Əksəri ötən mövsüm gənclərdən ibarət komandada çıxış edirdi. Təcrübə çatışmazlığı var. Bu Qazaxıstan bizim 3:2 hesabıyla qalib gəldiyimz komandadan güclü idi”.