3 iyun 2011 11:37

“Azərbaycan artıq əvvəlki zəif komanda deyil”

Qazaxıstanın “Ordabası” klubunun yarımmüdafiəçisi, bu ölkənin yığma komandasının sabiq üzvü Kayrat Aşirbekov azerisport.az saytına müsahibəsində AÇ-2012-nin seçmə mərhələsinin Azərbaycanla oyunu ərəfəsində şansları dəyərləndirib, komandamızdan danışıb və proqnozunu dilə gətirib.
 
- Azərbaycanla oyun Qazaxıstan üçün nə dərəcədə vacibdi?
- Bu oyun hər iki komanda üçün çox vacibdi. Bizdə hər kəs komandadan qələbə gözləyir. Mən də inanıram ki, uşaqlar bizi üzməyəcək. Amma başa düşürük ki, Azərbaycanla oyun çox çətin olacaq. Sadəcə bizim başqa yolumuz yoxdu. Bizim üçün 3 xal həyati əhəmiyyət daşıyır. Mütləq qol vurmalı, qələbə qazanmalıyıq. Axı geridə qalan oyunlarda buna nail ola bilməmişik. Artıq yığmamızın özünə gəlməsi üçün əsl vaxtdı. Fikrimcə, Azərbaycan bu baxımdan münasib rəqibdi.
 
- Bəs Azərbaycan yığması barədə nə deyərdiz?
- Azərbaycan güclü rəqibdi. Amma bizim komandanızı məğlub etməkdən başqa yolumuz yoxdu. Çünki digər komandalarla oyunda buna nail olmaq daha çətin olacaq. Buna görə də komandanızla görüşə maksimum güclə hazırlaşmışıq. Özü də doğma divarlar arasında oynayırıq. Aydın məsələdi ki, sizin komanda son iki ildə çox inkişaf edib, dəyişib. Türkiyə ilə oyununuza baxmışam və sizə deyim ki, həmin oyunda məhz Azərbaycana azarkeşlik edirdim. Düzdü, hər ikisi türk komandası idi, amma mən sizə azarkeşlik etdim. Siz istənilən halda bizlə qonşusuz. Sonda da prinsipial qarşılaşmada layiqli şəkildə qələbə qazana bildiniz.
 
- Sizcə, Qazaxıstanın heyətində hazırda ən təhlükəli futbolçu kimdi?
- Yığmaya yeni futbolçu dəvət olunub – Daurenbek Tajimbetov. Mən çox istərdim ki, o, qol vursun. Nurbol Jumaskaliyev yoxdu, amma əvəzində Samat Smakov var. Fikrimcə, Kamran Ağayev də sizin komandanın ən yaxşılarından biridi. Odu ki, indi kimin nəyə qadir olduğunu görmək üçün gözəl fürsət var. Hesab edirəm ki, Smakov cərimə zərbəsindən Ağayevə qol vura biləcək. Bizim yarımmüdafiə xəttimiz yaxşı oynayır. Onlar həm hücuma, həm də müdafiəyə yaxşı dəstək verirlər.
 
- Azarkeşlərin bu oyuna marağı nə dərəcədə yüksəkdi?
- Astanada bu görüşə böyük maraq var. Fikrimcə, anşlaq olmalıdı. Özü də iki keçmiş SSRİ komandası qarşılaşır. Xalq belə oyunlara baxmağı sevir. Konkret nə qədər bilet satıldığını deyə bilməsəm də, azarkeşlərin komandanızla oyunu intizarla gözlədiyini bilirəm. Berti Foqtsun yeni komandasına qarşı oynamaq maraqlı olacaq.

- Yaxın günlərdə Azərbaycan futbolunun 100 illik yubileyi qeyd olunacaq və yığmamız da Astanada qazanacağı qələbə ilə bu yubileyə bir hədiyyə etmək istəyir...
- Bütün Azərbaycan futbol ictimaiyyətini bu yubiley münasibətilə təbrik edirəm, uğurlar arzulayıram. Amma mən istənilən halda doğma komandamızın qələbəsinə azarkeşlik edəcəm. Mən öz vətənimin patriotuyam və çox istəyirəm ki, Qazaxıstan 3 xal qazansın. Məncə, şanslar bərabərdi. Sadəcə, biz doğma meydan amilindən istifadə etməliyik. Bakıda bizə daha çətin olacaq.
 
- Amma Azərbaycanda da hər kəs yığmadan ancaq qələbə gözləyir...
- Bu haqda mətbuatdan oxumuşam. Son oyunlarımız heç-heçə bitmişdi. Ancaq bu dəfə çətin ki, heç-heçə olsun. İki komandadan biri mütləq qələbə qazanacaq. Onu deyə bilərəm ki, bizim komanda qələbə üçün əlindən gələni edəcək. Çünki 3 xal üçün çox darıxmışıq. Astanada anşlaq gözlənilir. Çünki qazaxıstanlı futbolçular daha güclü olduqlarını sübut etmək istəyirlər. Onu da bilirik ki, indi əvvəlkilərdən də çətin olacaq. Türkiyə üzərində qələbə də göstərdi ki, komandanız çox dəyişib. Artıq əvvəlki zəif komanda deyil. Buna görə də bizi çətin sınaq gözləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.