3 iyun 2011 00:14
İlham Əliyev Blatteri təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Yozef Blatteri növbəti dəfə Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) rəhbəri seçilməsi münasibətilə təbrik edib. Azerisport.az xəbər verir ki, təbrikdə aşağıdakılar qeyd olunub:
“Hörmətli cənab Blatter, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu məsul vəzifəyə seçilməyiniz dünya futbolunun inkişafı, milyonların sevimli idman növünün təbliği və yayılması sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir. Əminəm ki, Azərbaycan ilə rəhbərlik etdiyiniz dünya futbol təşkilatı arasındakı əlaqələr, səmərəli əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar diləyirəm”.
