3 iyun 2011 12:16
Lionel Messi hücuma məruz qaldı
İspaniyanın “Barcelona” klubunun argentinalı ulduzu Lionel Messi dünən Rosarioda bir barda yemək yerərkən xoşagəlməz olayla üzləşib. Azerisport.az xəbər verir ki, Argentina yığmasının forvardı kimliyi dəqiq bilinməyən bir şəxs tərəfindən fiziki təzyiqə məruz qalıb.
Lakin Messini vurmağa cəhd göstərən həmin şəxs istəyinə tam nail olmadan hadisə yerindən uzaqlaşıb. Messi isə olayın ardından verdiyi açıqlamada bunları dilə gətirib: “Əslində mənə kimsə toxunmadı. Heç bir şey hiss etmədim".
Hadisənin şahidləri isə həmin şəxsin Messini vurmağa çalışdığını lakin istəyinə nail ola bilməyincə ələ keçməkdən qorxduğu üçün hadisə yerindən qaçdığını bildiriblər.
