3 iyun 2011 12:40
Astanada yığmamıza prezident dəstəyi
Xəbər verdiyimiz kimi, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün “Astana Arena”da Qazaxıstan və Azərbaycan milli komandaları qarşılaşacaq. Azerisport.az xəbər verir ki, komandamız Astanadakı oyunda yüksək səviyyədə də dəstəksiz qalmayacaq.
Belə ki, oyunu izləmək üçün AFFA-nın prezidenti Rövnəq Abdullayev də Astana şəhərinə gedib. Bundan əlavə federasiyanın vitse-prezidentləri və baş katibin də qarşılaşmanı canlı izləməsi gözlənilir.
Azarkeşə gəlincə, 30 minlik tutuma malik “Astana Arena”da təxminən 300 azərbaycanlı tərəfdarın yer alması gözlənilir.
