4 iyun 2011 12:48
Qurban Qurbanov: Onlar uduzmamaq üçün əllərindən gələni etdilər
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan yığmasının səfərdə Qazaxıstana məğlubiyyəti ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən də bütün azarkeşlər kimi yığmadan yaxşı oyun gözləyirdim. Məğlubiyyəti qətiyyən gözləmirdim. Amma hər şey fərqli alındı. Qazaxıstan meydan sahibi kimi böyük üstünlüyə malik idi. Rəqibin oyuna daha yaxşı hazırlaşdığı görünürdü. Bizdə isə onlara qarşı heç nə alınmadı. Əfranla Rauf yaxşı qol şansı qazansa da, fərqlənə bilmədilər. Əliyevin qapıçıyla üz-üzə qaldığı epizoda gəlincə, onun ustalıq səviyyəsi hələ o dərəcədə deyil ki, hər belə vəziyyətdən yararlana bilsin. Vaxtilə biz də belə vəziyyətləri çox boşa vermişik”.

“Məğlubiyyətdən sonra futbolçularımı “sancmaq” istəməzdim. Onlar çalışdılar, sona kimi mübarizə apardılar, məğlub olmamaq üçün əllərindən gələni etdilər. İnanıram ki, Almaniyaya qarşı daha yaxşı oyun sərgiləyəcəklər. Qoy bu oyuna hazırlaşsınlar”.
Maraq üçün xatırladaq ki, Qazaxıstanla görüşdə "Qarabağ"ın 6 futbolçusu forma geydi. Onlardan Rəşad Sadıqov, Əfran İsmayılov, Rəşad Sadiqov, Rauf Əliyev və Maksim Medvedev start heyətində meydana çıxmışdısa, Vüqar Nadirov sonradan oyuna daxil oldu.