4 iyun 2011 13:12
İnter daha bir oyunçusunu qovdu
"İnter" daha bir oyunçusu ilə vidalaşıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu Danildo Assioli ilə də yolarını ayırmağa qərar verib.
30 yaşlı braziliyalı futbolçu artıq Azərbaycanı tərk edib. Onun karyerasını ölkəmizdən kənarda davam etdirəcəyi bildirilir.
Qeyd edək ki, "İnter" bundan əvvəl Tofiq Mikayılov, Səbuhi İsmayılov, Camal Məmmədov, Nizami Hacıyev, David Odikadze, Kaxaber Mjavanadze, Filip Despatovski, Jivko Jelev, Mario Souza və Bronislav Çervenka ilə yollarını ayırmışdı.
