4 iyun 2011 13:20
Astana faciəsi Foqtsun planlarını dəyişdi
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun iyunun 5-də, saat 20:00-da “Aeroport otel”də keçirilməsi nəzərdə tutulan mətbuat konfransının vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, mətbuat konfransı iyunun 5-də, saat 12:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Xatırladaq ki, həmin gün saat 10:30-da, Tofiq Bəhramov adına Respublika stadionunda millinin mətbuat üçün açıq məşqi olacaq.
