4 iyun 2011 14:00

Kamran Ağayev: Almanları məğlub etməyə köklənmişəm

Millimizin və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev AÇ-2012-nin seçmə mərhələsinin Qazaxıstanla səfər oyunundan sonra azerisport.az saytının suallarını cavablayıb.

- Məğlubiyyətimizin əsas səbəbini nədə görürsüz?
- Biz iki anlaşılmaz qol buraxdıq. Hələ də onların qapımıza necə yol tapdığını özüm üçün aydınlaşdıra bilmirəm.
 
- Həmin qollarda səhvlər müdafiəçilərin idi, yoxsa sizin?
- Əgər komanda uduzubsa, günahkar hamımızıq. Kimisə ayrıca qeyd etmək istəmirəm.
 
- Komandamızın müdafiədən oynaması dərhal diqqət çəkirdi...
- Düzdü, biz Qazaxıstana qarşı da Almaniyaya, Avstriyaya qarşı oynadığımız kimi oynadıq. Düşündük ki, bu oyun bizə fayda gətirər.
 
- Berti Foqts oyundan sonra paltardəyişmə otağında nəsə dedi?
- Bu, komandanın daxili məsələsidi. Mən bilmirəm belə oyundan sonra nə demək olar. Məsələn, suallarınıza yalnız ona görə cavab verirəm ki, bizimlə birgə bura gəlmisiz, yenilgimizin şahidi olmusuz.

- Qazaxıstan sizi təəccübləndirdi?
- Yox. Əksinə mən gözləyirdim ki, onlar belə ürəkdən oynayacaqlar. Axı heç kim doğma publika önündə uduzmaq istəmir. Sadəcə onlar öz qol şanslarından yararlandılar, biz isə yox. Bax bu yenilginin əsas səbəbi də məhz budu.
 
- Bu yenilgini Azərbaycan yığmasının tarixi ərzindəki ən ağır məğlubiyyətlərdən hesab etmək olar?
- Şübhəsiz, bəli.
 
- Bu uğursuzluq Almaniya ilə oyuna da təsirsiz ötüşməyəcək ki?
- Biz hazırlaşmalıyıq. Rəqibin kimliyindən asılı olmayaraq, biz meydana çıxıb sona kimi döyüşməliyik. Mən sırf almanları məğlub etməyə köklənmişəm. Çünki evdə uduzmaq olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.