4 iyun 2011 02:11
Şahin Diniyev: Tənqidləri Almaniya ilə oyundan sonraya saxlamaq lazımdı
Millimizin sabiq baş məşqçisi Şahin Diniyev Astanada keçirilən Qazaxıstan – Azərbaycan (2:1) oyunu ilə bağlı fikirlərini açıqlayıb. Komandamızın sabiq çalışdırıcısı azerisport.az saytına müsahibəsində yenilgiylə bağlı bunları dilə gətirib:
“Mən komandanın ünvanına tənqidi fikirlərin səsləndirilməsinin əleyhinəyəm. Hətta pis oynasalar da belə, komandamızı dəstəkləmək lazımdı. İndi komandanı Almaniya ilə çətin oyun gözləyir. Biz də belə bir anda futbolçulara bu oyun bərpa olmaqda, köklənməkdə kömək etməliyik. Almaniyanı məğlub etmək real görünməsə də, ən azı layiqli oyun sərgiləyə bilərik. Almaniya ilə oyundan sonra bu görüşlərlə bağlı hər şeyi müzakirə edərik. Amma indi komandanın ünvanına tənqidlər yağdırmaq lazım deyil”.