4 iyun 2011 02:35
Dmitri Kruqlov İtaliyaya qarşı 90 dəqiqə oynadı
“İnter”in və Estoniya yığmasının müdafiəçisi Dmitri Kruqlov AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində ağır yenilgi ilə üzləşib. Azerisport.az xəbər verir ki, Premyer Liqamızda top qovan futbolçunun komandası İtaliya ilə səfər matçında darmadağın olub.
Səfərdə keçirilən qarşılaşmada hesabı 21-ci dəqiqədə Cüzeppe Rossi açıb. Fasilə ərəfəsində (39) Antonio Kassano Kruqlovun komandasını ikinci dəfə meydanın mərkəzinə dəvət edib. 68-ci dəqiqədə isə Patsini qarşılaşmada son nöqtəni qoyub – 3:0.
Beləcə, seçmə mərhələnin 2 oyununda qalib gəlib, birində heç-heçə edən Estoniya yığması 3-cü yenilgisinə üzülüb. Kruqlov İtaliyaya qarşı 90 dəqiqə əvəzedilmədən oynayıb. Bu görüşdə vaxtilə “Neftçi”nin şərəfini qoruyan Taavi Rahn da ilk dəqiqələrdən sona kimi forma geyib.
